DÜNYA » SİYASƏT
11 Sentyabr 2019, 16:50 (GMT +4)

Boltonun kənarlaşdırılması İranın qələbəsi deməkdir - İsrailin sabiq müdafiə naziri

Bakı, 11 sentyabr, SalamNews, B.Samid. "Con Boltonun kənarlaşdırılması İranın qələbəsi deməkdir. Tramp bu işilə İsraillə olan əlaqələrini də hədəfə alır."

SalamNews  İsrail mətbuatına istinadla xəbər verir ki, bunu İsrailin sabiq müdafiə naziri və tanınmış siyasətçisi Moşe Yalon deyib.

M. Yalon ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri C. Boltonun istefaya göndərilməsini İsrail üçün pis xəbər, İran üçün qələbə mənasında olduğunu bildirib.

"Tramp İranla hərbi qarşıdurmaya girmək istəmir. O yalnız sərt sanksiyaları həyata keçirir. O birbaşa İranla hərbi qarşıdurmaya girmək istəmədiyi üçün Con Boltonu kənarlaşdırıb", deyə M. Yalon bu xəbərin İsrail üçün pis olduğunu dilə gətirib.