DÜNYA » SİYASƏT
11 Sentyabr 2019, 14:16 (GMT +4)

Netanyahunun yeni ərazi iddiasından sonra müsəlman ölkələri təcili toplantı keçirməyə çağırıblar

Bakı, 11 sentyabr, SalamNews, B.Samid. Səudiyyə Ərəbistanı, İordaniya və Misir və sair müsəlman ölkələri İslam Əməkdaşlıq Təşkilatını dərhal toplantı keçirməyə çağırıb.

SalamNews Səudiyyə Ərəbistanın dövlət xəbər agentliyi VAS-a istinadla xəbər verir ki, rəsmi ər-Riyad Benyamin Netanyahunun İordan çayının qərb sahilinin İsrailə əlavə edilməsi ilə bağlı vədlərini kəskin tənqid edib və müsəlman dövlətlərini təcili toplantı keçirməyə çağırıb.

İordaniya, Misir, Bəhreyn və sair dövlətlər də Benyamin Netanyahunun ötən günkü yeni ərazi iddialarına görə İslam Əməkdaşlıq Təşkilatını təcili toplantı keçirməyə çağırıblar.

Qeyd edək ki, İsrail baş naziri Benyamin Netanyahu ötən gün Knesset seçkilərinin təbliğat kompaniyası çərçivəsində çıxışı zamanı deyib ki, İsrailin hakimiyyətini və suverenliyini İordan çayının üzərində və Ölü Dənizinin şimalında təmin edəcək.

Benyamin Netanyahu çıxışının bir hissəsində verdiyi vədin bəzi detallarını açıqlayıb və bildirib ki, ABŞ-la aparılan koordinasiya ilə İordan çayının qərb hissəsində bəzi bölgələrin üzərində, xüsusilə də yəhudi yaşayış massivlərinin üzərində İsrailin hakimiyyəti və suverenliyi təmin ediləcək.

Avropa İttifaqı da israil baş nazirinin bu çıxışını qınayıb.