DÜNYA » SİYASƏT
11 Sentyabr 2019, 11:28 (GMT +4)

İran müharibə tərəfdarı Con Boltonun kənarlaşdırılmasına münasibət bildirib

Bakı, 11 sentyabr, SalamNews, B.Samid. "Con Boltonun qısa müddət ərzində tutduğu postda birtərəfli, müharibəyə can atan, müdaxilə edən, sabitliyi pozan siyasət yürütməsi nəticəsiz qaldı və tam şəkildə uğursuzluqla üzləşdi. Sonda o Ağ Evdən çıxarıldı."

SalamNews xəbər verir ki, bunu İranın Prezident Administrasiyasının rəhbəri Mahmud Vaizi rəsmi İnstaqram səhifəsində deyib.

İran rəsmisi ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşavirinin istefaya göndərilməsinə toxunaraq yazıb ki, Ağ Evin radikal siyasəti nəticə vermir.

"Dünya rəsmi Vaşiqntona göstərir ki, bu kimi radikal və sərt siyasətləri qəbul etmir. İndi həmin şəxs ki İranı bir neçə aya ala biləcəyini deyirdi, hazırda təcrid edilmiş şəkildə kənarda oturub iflasa uğramış siyasətinin nəticəsini görəcək", deyə İran rəsmisi Con Boltonun kənarlaşdırılmasının ABŞ-ın uğursuz siyasətinin nəticəsi olduğunu bildirib.