AZƏRBAYCAN » MEDİA
11 Sentyabr 2019, 17:47 (GMT +4)

İnterAz telekanalının ərəb və fars dilində veb-saytları fəaliyyətə başlayıb

Bakı, 11 sentyabr, SalamNews.İnterAz telekanalının ərəb və fars dilində veb-saytları fəaliyyətə başlayıb.

SalamNews xəbər verir ki, telekanalın rəsmi saytının oxucularının maraq dairəsi nəzərə alınaraq artıq fars və ərəb dilində veb-saytları da fəaliyyətə başlayıb.

Portalda Azərbaycan, Rusiya, Türkiyə, İran, eləcə də Yaxın Şərqin və dünyanın ictimai, siyasi, sosial və mədəni həyatında baş verən hadisələr, yeniliklər, regionda və dünyada gedən proseslərlə bağlı qaynar xəbərlər, analitik yazılar, müsahibə və reportajlar, maraqlı video və fotogörüntülər yayımlanacaq.

Veb-saytda işıqlandırılan xəbərlər, video və fotomateriallar həmçinin İnterAz telekanalının rəsmi facebook səhifəsində yayımlanacaq.

Qeyd edək ki, cari ildə İnterAz telekanalının türk və rus dilində də veb-saytları fəaliyyətə başlayıb.

Veb-saytın ərəb və fars versiyalarını aşağıdakı linklərə daxil olmaqla izləyə bilərsiz:

https://arabic.interaztv.com/

https://fa.interaztv.com/

Saytın ərəb və fars dilində rəsmi facebook səhifələrini izləmək üçün isə bu linklərə daxil olun:

https://www.facebook.com/interaz.arabic

https://www.facebook.com/interaz.persian