DÜNYA » CƏMİYYƏT
11 Sentyabr 2019, 09:53 (GMT +4)

Kərbəlada izdiham və sıxlıqda ölənlərə görə 3 gün matəm elan edilib

Bakı, 11 sentyabr, SalamNews, B.Samid. Kərbəla əyalətində 3 gün matəm elan edilib.

SalamNews xəbər verir ki, İraqın Səhiyyə mənbələri ötən gün Kərbəlada İmam Hüseynin məqbərəsində sıxlıq və izdiham səbəbindən ölənlərin sayının 31-ə çatdığını bildirib. Bunun ardından ölkədə 3 gün matəm elan edilib.

Məlumata görə hadisə Aşura günü İmam Hüseynin məqbərəsində "Rəkzət Tuveyric" ayinin keçirilməsi zamanı baş verib.

Bu hadisə nəticəsində 100-dən çox zəvvar yaralanıb.

Onların arasında xarici zəvvarların da olduğu bildirilir.