DÜNYA » SİYASƏT
11 Sentyabr 2019, 09:41 (GMT +4)

Tramp müharibə tərəfdarı Con Boltonu işindən kənarlaşdırıb

Bakı, 11 sentyabr, SalamNews, B.Samid. ABŞ prezidenti Donald Tramp Yaxın Şərq, İran, Venesuela, Rusiya və sair beynəlxalq məsələlərlə bağlı sərt mövqelərilə tanınan milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonu kənarlaşdırıb.

SalamNews xəbər verir ki, bu barədə Donald Trampın özü rəsmi twitter səhifəsində məlumat verib.

Tramp yazıb ki, o müşaviri Boltona fəaliyyətinin qənaətbəxş olmadığını çatdırıb.

ABŞ prezidenti bildirib ki, o, Con Boltonun bir çox təkliflərilə razı deyildi.

"Condan tələb etdim ki, istefasını təqdim etsin. Bu istefa bu gün mənə təqdim edilib. Cona etdiklərinə görə çox təşəkkür edirəm", yazaraq ABŞ prezidenti bildirib ki, milli təhlükəsizlik məsələləri üzrə yeni müşavirini gələn həftə müəyyənləşdirəcək.