AZƏRBAYCAN » CƏMİYYƏT
11 Sentyabr 2019, 16:18 (GMT +4)

Bakıda 12 gün əvvəl itkin düşən yeniyetmə tapılıb

Bakı, 11 sentyabr, SalamNews.Bakıda avqust ayında itkin düşən yeniyetmə tapılaraq ailəsinə təhvil verilib.

Bakı Şəhər Baş Polis İdarəsindən (BŞBPİ) SalamNews-a bildirilib ki, Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 30-da gecə saatlarında Yeni Suraxanı qəsəbəsində yaşadığı evdən naməlum istiqamətə gedərək, itkin düşən 2006-cı təvəllüdlü Nelli Ağayeva tapılaraq ailəsinə təhvil verilib.

Polis əməkdaşları tərəfindən yeniyetmənin valideynləri ilə profilaktiki söhbət aparılıb, onun üzərində nəzarətin artırılması tövsiyə olunub.