DÜNYA » SİYASƏT
10 Sentyabr 2019, 17:46 (GMT +4)

Kərbəlada Aşura mərasimində izdiham zamanı 17 zəvvar həyatını itirib

Bakı, 10 sentyabr, SalamNews, B.Samid. İraqın Kərbəla şəhərində Aşura mərasimi zamanı baş verən izdiham və sıxlıq nəticəsində 17 nəfər həyatını itirib.

SalamNews əl-Aləmə istinadla xəbər verir ki, bu barədə İraqın Səhiyyə Nazirliyi bəyanat verib.

Bildirilib ki, Kərbəlada İmam Hüseynin məqbərəsinin ər-Rəca adlı darvazasında baş verən izdiham nəticəsində 17 nəfər həyatını itirib.

Daha 70 nəfərin müxtəlif dərəcələrdə yaralandığı bildirilir.

Yaralılar xəstəxanaya çatdırılıblar.

Bu ilk dəfədir ki, Kərbəlada izdiham səbəbindən ölüm halları qeydə alınır.