DÜNYA » SİYASƏT
09 Sentyabr 2019, 09:20 (GMT +4)

Hizbullah Livan səmasına girən İsrail PUA-sını vurub

Bakı, 9 sentyabr, SalamNews, B.Samid. Hizbullah Livanın cənub bölgəsinə daxil olan İsrailin bir pilotsuz uçan aparatını vuraraq salıb.

SalamNews  əl-Məyadinə istinadla xəbər verir ki, bu barədə Hizbullah hərəkatı bəyanat verib.

Bildirilib ki, "işğal edilən Fələstin ərazilərindən Livanın cənub səmasına İsrailin bir pilotsuz təyyarəsi daxil olub."

Əlavə edilib ki, "PUA ölkənin cənubunda yerləşən Ramiyə qəsəbəsi səmasında münasib silahlar vasitəsilə vurularaq salınıb."

İsrail Ordusu Livanın cənubunda bir PUA-nın nəzarətdən çıxdığını təsdiqləyib.

Qeyd edək ki, İsrailin ötən ay PUA-larla Beyrutda Hizbullah mövqelərinə hücum etməsindən sonra hərəkatın İsrail PUA-larına cavabı kəskinləşib.