![]() |
DÜNYA » SİYASƏT |
![]() Baham adalarında "Dorian" qasırğası nəticəsində ölənlərin sayı 43 nəfərə çatıb Bakı, 7 sentyabr, SalamNews. Baham adalarında "Dorian" qasırğası nəticəsində ölənlərin sayı 43 nəfərə çatıb. SalamNews "Anadolu"ya istinadən xəbər verir ki, artıq beş gündür Baham adalarında axtarış-xilasetmə işləri aparılır. Qasırğa ən yüksək, beşinci kateqoriyaya qədər yüksəlib. Çox sayda insanın itkin düşməsi səbəbindən ölənlərin sayının artması ehtimalı var. Qasırğa bölgəyə ciddi ziyan vurub, minlərlə insan evsiz qalıb. |