DÜNYA » SİYASƏT
07 Sentyabr 2019, 10:12 (GMT +4)

İsrail qüvvələri fələstinlilərin yürüşünə atəş açıblar - Ölən və yaralananlar var (FOTO)

Bakı, 7 sentyabr, SalamNews, B.Samid. İsrail qüvvələri Qəzzanın şərqində işğal edilən ərazilər istiqamətdə dönüş yürüşü keçirən fələstinlilərə atəş açıb. Ölənlər var.

SalamNews Fələstin Media Mərkəzinin rəsmi saytı palinfo.com-a istinadla xəbər verir ki, səhiyyə mənbələri bu yürüşdə 14 və 17 yaşlı iki fələstinli yeniyetmənin həlak olduğu və 76 nəfərin müxtəlif dərəcələrdə yaralandığını bildiriblər.

Məlumata görə yaralıların 46-ı odlu silah vasitəsilə xəsarət alıblar.

Fələstinlilərin Qəzzanın şərqindəki ötən günkü yürüşü gecə saatlarına qədər davam edib.

Onların hər cümə günü keçirdikləri bu yürüş 72-ci hesab edilir.

Qeyd edək ki, fələstinlilər bu yürüşə Donald Trampın Qüds qərarından sonra və Təl-Əvivdəki səfirliyin Qüdsə köçürülməsindən sonra başlayıblar.

Bu arada İsrail Qəzzanın şərqində iki mövqeyi hava zərbələri və artileriyadan hədəfə alıb. Bu təcavüzün xəsarətləri barədə hələ məlumat yoxdur.