DÜNYA » DİN
06 Sentyabr 2019, 13:53 (GMT +4)

İranda «İmam Hüseynin südəmər körpələri» ayini keçirilib (FOTO)

Bakı, 6 sentyabr, SalamNews, B.Samid. Məhərrəm ayının dini ayinlərindən biri olan "İmam Hüseynin südəmər körpələri" Tehranda izdihamlı çəkildə qeyd edilib.

SalamNews xəbər verir ki, Aşura günü yaxınlaşdıqca məhərrəm ayı ilə bağlı dünyanın müxtəlif ölkələrində fərqli ayinlər  keçirilməyə başlayır.

Məhərrəm ayının ilk cüməsində keçirilən "İmam Hüseynin südəmər körpələri" ayini bu gün Tehranda on minlərlə qadın və onların südəmər körpələrinin iştirakı ilə və izdihamlı şəkildə qeyd edilib.

Bildirək ki, sözügedən ayin Azərbaycanın bəzi bölgələrində, İraq və Əfqanıstanda da İmam Hüseynin Kərbəlada şəhid edilən ən az yaşlı övladı 6 aylıq Əli-Əsğərin anımı münasibətilə keçirilir.