DÜNYA » SİYASƏT
05 Sentyabr 2019, 15:30 (GMT +4)

Türkiyə SQ İdlibdəki müşahidə postlarının monitorinqini keçirir

Bakı, 5 sentyabr, SalamNews. Türkiyə Silahlı Qüvvələri Suriyanın İdlib bölgəsindəki eskalasiya zonasında fəaliyyət göstərən müşahidə postlarının monitorinqini keçirir.

SalamNews "Anadolu"ya istinadən xəbər verir ki, monitorinq bu ilin fevral ayında Türkiyə, Rusiya və İran liderlərinin Soçi razılaşmasına uyğun olaraq həyata keçirilir.

Türkiyə qoşunlarından ibarət karvan sentyabrın 4-də günorta saatlarında Suriya ilə sərhədi keçərək Serakib rayonunun Tal-Tukan kəndindəki 7-ci müşahidə məntəqəsinə çatıb.

Daha sonra karvan Maarat əl-Numan şəhərinin yaxınlığındakı Sırman kəndindəki 8 saylı müşahidə məntəqəsinə yola düşüb.