AZƏRBAYCAN » MƏDƏNİYYƏT
03 Sentyabr 2019, 16:55 (GMT +4)

Bakıda Milli Qəhrəman Albert Aqarunovun heykəli ucaldılır

Bakı, 3 sentyabr, SalamNews.Bakıda Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsini əbədiləşdirmək məqsədi ilə heykəli ucaldılır.

Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakmiyyətinin mətbuat xidmətinin rəhbəri İsrafil Kərimov məlumat verib.

Onun sözlərinə görə, heykəl Nərimanov rayonunda milli qəhrəmanın adını daşıyan küçədə ucaldılır: “Hazırda heykəlin quraşdırılma işləri gedir”.

Qeyd edək ki, bir müddət öncə Azərbaycan Dağ Yəhudiləri Dini İcmasının rəhbəri Milix Yevdayev paytaxtımızda Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun adının əbədiləşdirilməsi üçün Bakı şəhəri İcra Hakimiyyətinə müraciət etmişdi.