DÜNYA » SİYASƏT
02 Sentyabr 2019, 15:12 (GMT +4)

HƏMAS Hizbullahın İsrailə cavab hücumunu alqışlayıb

Bakı, 2 sentyabr, SalamNews, B.Samid. HƏMAS Hizbullah hərəkatının ötən gün İsrailə verdiyi cavab hücumunu alqışlayıb.

SalamNews FarsNews-a istinadla xəbər verir ki, bunu HƏMAS siyasi ofisinin rəhbəri İsmail Həniyyə bu gün fələstinli şəhidlərin anım günündə deyib.

İsmail Həniyyə ötən gün Livan-İsrail sərhədində Hizbullahın qarşı tərəfə verdiyi cavab hücumunu alqışlayıb və bu addımı müqavimət cəbhəsinin gələcək strategiyası üçün mühüm mesaj olduğunu bildirib.

"Livanın müqavimət hərəkatına və Hizbullaha salam göndəririk, Onlar 2006-cı ildən bəri bəzilərinin sükutunu pozub, təcavüzkara qarşılıq veriblər. Bu müqavimət cəbhəsinin gələcək strategiyası üçün mühüm bir mesajdır." deyə HƏMAS lideri Hizbullahın israilə cavab hücumunu alqışlayıb.

Qeyd edək ki, ötən gün Hizbullahın İsrailə cavab hücumundan sonra Beyrutun cənubunda da əhali küçələrə axışaraq, şənlik ediblər.