DÜNYA » SİYASƏT
31 Avqust 2019, 16:10 (GMT +4)

Qruplaşmalar İdlibdə Rusiya Ordusunun bir PUA-sını vuraraq düşürüblər

Bakı, 31 avqust, SalamNews, B.Samid. Suriyanın İdlib əyalətinin cənubunda qruplaşmalar Rusiya Ordusuna məxsus bir ədəd pilotsuz təyyarəni vuraraq yerə salıblar.

SalamNews  bu barədə əl-Aləm telekanalına istinadla məlumat verir.

Bildirilib ki, İdlibin cənubunda deskalasiya zonasında qruplaşmalar Rusiya Ordusunun bir ədəd kəşfiyyat PUA-sını vuraraq yerə salıblar.

Qeyd edək ki, Rusiya və Suriya orduları bu gündən İdlibdə atəşkəsin bərpa ediləcəyini bildiriblər.

Rusiya Müdafiə Nazirliyi ötən gün verdiyi bəyanatda qruplaşmalardan atəşkəsə riayət etmələrini tələb edib.