AZƏRBAYCAN » HADİSƏLƏR
23 Avqust 2019, 15:21 (GMT +4)

Masallıda 6 otaqlı ev yanıb

Bakı, 23 avqust, SalamNews.Masallıda 6 otaqlı ev yanıb.

Fövqəladə Hallar Nazirliyindən SalamNews-a verilən məlumata görə, rayonun Xırmandalı kəndində ümumi sahəsi 200 m² olan ikimərtəbəli 6 otaqlı evin ikinci mərtəbəsinin dam örtüyünün, bir otağının yanar konstruksiyaları və ev əşyaları 50 m² yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.