DÜNYA » SİYASƏT
23 Avqust 2019, 09:53 (GMT +4)

İranda iki deputat həbs edilib

Bakı, 23 avqust, SalamNews, B.Samid. İranda maşınqayırma sənayesində korrupsiya ilə bağlı həbslər fonunda iki deputat həbs edilib.

SalamNews İran mətbuatına istinadla xəbər verir ki, İran parlamenti ölkədə maşınqayırması sənayesi sektorunda kurrupsiya ilə bağlı həbslər fonunda iki deputatın saxlanılması məlumatlarını təsdiqləyib.

Bildirilib ki, Parlamentin Zəncan şəhərini təmsil edən deputatı Firudin Əhmədi və Zəncan əyalətinin Əbhər rayonunu təmsil edən digər deputat Məhəmməd Əzizi "Saipa" avtomobil istehsalı korparasiyasında korrupsiya ilə bağlı saxlanılıblar.

Onlara qarşı ünvanlanan ittiham avtomobil bazarında qeyri qanuni müdaxilələrin həyata keçirilməsilə bahalaşma və infilyasiyaya zəmin yaradanlara yardım göstərməkdir.

Qeyd edək hər iki deputat İranda mühafizəkar blokunu təmsil edir və parlamentin "Mədənlər və sənaye" komissiyasının üzvləridirlər.

Bundan öncə İran Məhkəmə Hakimiyyəti ölkənin ən böyük avtomobil istehsalı şirkəti "İran Khodro"nun icraçı direktoru Haşim Yeke-Zarenin həbs edildiyini bəyan etmişdi.