DÜNYA » SİYASƏT
21 Avqust 2019, 15:57 (GMT +4)

Maduro Putinə ismarıc göndərib

Bakı, 21 avqust, SalamNews. Venesuelanın icraçı vitse-prezidenti Delsi Rodrigez Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşdə Rusiya lideri Vladimir Putinə Venesuela prezidenti Nikolas Maduronun ismarıcını çatdırıb.

"Prezidentimiz Nikolas Maduronun Prezident Vladimir Putinə, sizə, hökumətinizə, xalqınıza şəxsi təşəkkürünü özümlə gətirdim", Rodrigez deyib.

SalamNews-un Gazeta.ru-ya istinadla verdiyi xəbərə görə, Lavrov Moskvanın hər zaman Venesuela ilə həmrəy olacağına inandığını və Karakasdakı təzyiqlərə qarşı çıxmaq niyyətində olduğunu bildirib.

"Hər zaman hər bir xalqın öz inkişaf yollarını seçmək hüququnu müdafiə etmək üçün sizinlə həmrəy olacağıq", Lavrov deyib.