AZƏRBAYCAN » HADİSƏLƏR
10 Avqust 2019, 16:58 (GMT +4)

İsmayıllıda yol-nəqliyyat hadisəsi baş verib

Bakı, 10 avqust, SalamNews.İsmayıllı rayonunun Quşencə kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən SalamNews-a verilən məlumata görə, avqustun 9-da saat 18 radələrində İsmayıllı rayonunun Quşencə kəndi ərazisində İsmayıllı şəhər sakini Arzu Mahmudov idarə etdiyi “VAZ-21154” markalı avtomobili yolun kənarındakı ağaca vurub.

Nəticədə sürücü hadisə yerində ölüb.