AZƏRBAYCAN » CƏMİYYƏT
hebs
10 Avqust 2019, 16:53 (GMT +4)

DİN: Gün ərzində törədilmiş 17 cinayətin üstü “isti izlər”lə açılıb

Bakı, 10 avqust, SalamNews.Respublikanın daxili işlər orqanları tərəfindən, gün ərzində törədilmiş 17 cinayətin üstü “isti izlər”lə açılıb. 

Daxili İşlər Nazirliyindən SalamNews-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 17 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 19 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 3 nəfər, borclu şəxs qismində axtarışda olan 6 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 3 ağır yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 3 nəfər ölüb.