DÜNYA » SİYASƏT
10 Avqust 2019, 11:42 (GMT +4)

İran KİV-ləri Britaniya hərbi qayığının SEPAH-dan «qaçması» görüntülərini yayımlayıblar (VİDEO)

Bakı, 10 avqust, SalamNews, B.Samid. Sosial şəbəkələrdə Britaniyaya məxsus bir hərbi qayığın İran İslam İnqilabının Keşikçilər Ordusunun Dəniz Qüvvələrindən "qaçması" görüntüləri yayımlanıb.

Bu barədə SalamNews İran KİV-lərinə istinadla məlumat verir.

Sosial şəbəkələrdə yayımlanan videoda iddia edilir ki, iki gün öncə bir Britaniya hərbi qayığı Fars Körfəzi sularında ticarət gəmilərini müşayiət edən zaman SEPAH-ın dəniz qüvvələrinin qayıqları tərəfindən təqib edilir. Britaniya hərbi qayığı İran adası sahilinə çox yaxın olduğundan və SEPAH qayıqlarının əlinə keçməsin deyə ərazini tərk etməyə çalışır.

Qeyd edək ki, Britaniya bu hadisəyə hələ rəsmi münasibət bildirməyib.

Ötən aylarda İranın bir neft gəmisinin Cəbəli-Tariq sularında Britaniya dəniz qüvvələrindən saxlanılması, ardınca Britaniya gəmisinin Fars körfəzində İran dəniz qüvvələri tərəfindən saxlanılması iki ölkə münasibətlərinə kölgə salıb.