AZƏRBAYCAN » CƏMİYYƏT
09 Avqust 2019, 17:53 (GMT +4)

UNEC beynəlxalq reytinqdə daha bir uğura imza atıb

Bakı, 9 avqust, SalamNews.UniRank reytinq agentliyinin avqust ayında açıqladığı reytinq sıralamasında UNEC Azərbaycanda lider olub.

SalamNews universitetin mətbuat xidmətinə istinadən xəbər verir ki, həmçinin reytinq agentliyi tərəfindən hazırlanan “Asiyanın 200 ən yaxşı universiteti” sıralamasında UNEC 192-ci yerdə qərarlaşıb.

UniRank reytinq agentliyinin dünya sıralamasında 788-ci yerdə qərarlaşan UNEC mövqeyinə görə Türkiyənin Atatürk Universiteti, Çinin University of Shanghai for Science and Technology, Koreyanın Chung-Ang University və bir çox Asiya və Avropa universitetlərini qabaqlayıb.

uniRank haqqında: Reytinq dünya üzrə 13600 universitet və kolleci əhatə edir.

Reytinq 4 veb mənbədən alınan 5 müstəqil veb ölçmələrə əsaslanan alqoritm üzrə aparılır. uniRank-in ölçü komponentlərini Moz Domain Authority, Alexa Global Rank, SimilarWeb Global Rank, Majestic Reffering Domains və Majestic Trust Flow təşkil edir.