AZƏRBAYCAN » İDMAN
14 Avqust 2019, 09:02 (GMT +4)

"Qarabağ"ın Avropa Liqasındakı rəqibi bəlli olub

Bakı, 14 avqust, SalamNews. "Qarabağ"ın UEFA Avropa Liqasının pley-off mərhələsindəki rəqibi bəlli olub.

SalamNews xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda bu raundda "Linfild"lə üz-üzə gələcək.

Şimali İrlandiya çempionu Avropa Liqasının III təsnifat mərhələsində Monteneqro “Sutyeska”sını hər iki görüşdə məğlub edib - 2:1, 3:2.

Qeyd edək ki, Avropa Liqasının pley-off mərhələsində ilk oyunlar aqustun 22-də, cavab görüşləri isə bir həftə sonra keçiriləcək.