AZƏRBAYCAN » CƏMİYYƏT
08 Avqust 2019, 12:47 (GMT +4)

Umayra Tağıyeva: “Hazırkı hava şəraiti avqust üçün səciyyəvi deyil”

Bakı, 8 avqust, SalamNews“Hazırda müşahidə olunan hava şəraiti və nisbətən mülayim temperatur göstəriciləri avqust ayı üçün səciyyəvi deyil”.

Bunu SalamNews-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva deyib.

Onun sözlərinə görə, son 15 il ərzində avqust ayında daha çox qızmar, isti günlər üstünlük təşkil edib.

U. Tağıyeva qeyd edib ki, bu il isə avqust ayında hava şəraiti qeyri-sabit keçir: “Hazırda müşahidə olunan temperatur çox illik norma göstəricilərindən 2 dərəcə aşağıdır”.