MDB ÖLKƏLƏRİ » HADİSƏLƏR
08 Avqust 2019, 09:25 (GMT +4)

Qırğızıstan xüsusi təyinatlıları keçmiş prezident Almazbek Atambayevin evinə basqın etməyə cəhd göstərib

Bakı, 8 avqust, SalamNews. Qırğızıstanın Milli Təhlükəsizlik Dövlət Komitəsinin (DGK) xüsusi təyinatlı dəstəsi keçmiş prezident Almazbek Atambayevi korrupsiya ittihamı ilə həbs etmək üçün evinə basqın etməyə cəhd göstərib.

SalamNews -un "İnterfaks"a istinadla verdiyi xəbərə görə, hücum zamanı xüsusi təyinatlılardan biri öldürülüb. Çuy bölgəsi polis idarəsinin rəisi komaya düşüb və vəziyyətinin ağır olduğu bildirilir.

Toqquşma nəticəsində 43 nəfər yaralanıb, onlardan 41 nəfəri bölgədəki müxtəlif xəstəxanalara yerləşdirilib.

Atambayevin həbs olunması ilə bağlı əməliyyat ölkədə vəziyyəti gərginləşdirib.

Xüsusi qüvvələr iki dəfə cəhd etsə də Almazbek Atambayevi həbs etmək hələ də mümkün olmayıb. 

Tərəfdarları Atambayevin evinə toplaşıblar, onlar hüquq-mühafizə orqanlarının keçmiş prezidenti həbs etməsinə mane olur.