DÜNYA » SİYASƏT
06 Avqust 2019, 17:31 (GMT +4)

İraqın Haşd-Şabi qüvvələri Mosulun 14 kəndini İŞİD-dən təmizləyib

Bakı, 6 avqust, SalamNews, B.Samid. İraqın Diyala və Nineva əyalətlərinin ucqar bölgələrində İŞİD terror təşkilatına qarşı hərbi əməliyyatlar çərçivəsində Mosulun cənub nahiyəsində yerləşən 14 kənd İŞİD silahlılarından təmizlənib.

SalamNews  Sumariya Agentliyinə istinadla xəbər verir ki, Haşd-Şabi və İraq ordusunun "Qələbə İradəsi" adlı hərbi adlı əməliyyatları çərçivəsində Mosulun cənubunda 14 kənd İŞİD-dən təmizlənib.

Eyni zamanda bu əməliyyatlar zamanı "İŞİD-in divanı"nın 5 üzvünün ələ keçirildiyi bildirilib.

Qeyd edək ki, Əməliyyat çərçivəsində Diyala əyalətinin Cəlavla, əl-Miqdadiyyə rayonları və Nineva əyalətinin cənubunda İŞİD -in sığınacaqları və gizli otaqları məhv edilməlidir.

Qeyd edək ki, İŞİD terror təşkilatı 2018-ci ilin əvvəlindən İraqdakı bütün coğrafı ərazilərini itirib və ucqar bölgələrdəki sığınacaqlarından partizan hücumlarına başlayıb.