DÜNYA » SİYASƏT
03 Avqust 2019, 14:54 (GMT +4)

Almaniyada dəyəri bir milyard dolları aşan kokain yükü ələ keçirilib (VİDEO)

Bakı, 3 avqust , SalamNews, B.Samid. Almaniyanın Hamburg şəhərininin limanlarının birində ümumi dəyəri 1.1 milyord dollar olan kokain yükü aşkar edilərək götürülüb.

SalamNews  EuroNews-a istinadla xəbər verir ki, bu barədə Almaniyanın Gömrük İdarəsi məlumat yayıb.

Bildirilib ki, ötən gün Hamburg şəhərinin limanlarının birində ümumi çəkisi 4.5 ton olan və dəyəri 1.1 milyard dollar qədərində təxmin edilən kokain yükü aşkarlanaraq, götürülüb.

Məlumatda əlavə edilib ki, kokain Uruqvaydan Belçikanın Antverpen şəhərinə aparılan yüklərin arasında olub.

Gömrük İdarəsinin məlumatına əsasən bu kokain yükü Almaniya tarixində ələ keçmiş ən böyük narkotik maddə yüküdür.

Kokain yükünün ciddi təhlükəsizlik tədbirlərinin müşayiəti ilə aradan məhv ediləcəyi bildirilib.