DÜNYA » DİN
03 Avqust 2019, 10:06 (GMT +4)

İslam təqviminin həcc, qurbanlıq və qədir-xum ayı olan zil-hiccə ayı başlayır

Bakı, 3 avqust , SalamNews, B.Samid. Hicri-qəməri təqvim ilinin son ayı, həcc, qurbanlıq, qədir-xum və sair dini-tarixi hadisələri özündə ehtiva edən zil-hiccə ayı başlayır.

SalamNews xəbər verir ki, bu gün hicri-qəməri təqvimi ilə 1440-cı ilin zil-hiccə ayının birinə təsadüf edir. Zilhiccə ayı hicri-qəməri təqvim ilinin sonuncu ayıdır. Ondan sonra isə növbəti ilin məhərrəm ayı gəlir.

Zilhiccə ayı bir çox dini ayinləri və dini-tarixi hadisələri özündə ehtiva edir.

Bu ayın biri müsəlmanların birinci imamı İmam Əli (ə) ilə imamlar anası və peyğəmbər qızı həzrət Fatimeyi-Zəhranın (s.ə) izdivac günüdür.

Bu ayın yeddisi müsəlmanların beşinci imamı İmam Baqirin (ə) şəhid edilən günüdür.

Zil-hiccənin 8-dən həcc mərasiminin ayinləri başlayır və 13-ə kimi davam edir.

Bu ayinlərin içində qurbanlıq daha çox əhəmiyyət kəsb edir və təkcə Məkkədəki hacılar deyil, bütün müsəlman dünyası o cümlədən Azərbaycan əhalisi onu qeyd edir.

Ayın 15-i müsəlmanların doqquzuncu imamı İmam Hadinin (ə) doğum gününə təsadüf etdiyi halda, 18-i də Qədir-Xum gününə təsadüf edir. Bu gündə müsəlmanların birinci imamı Əli ibni Əbu-Talib on minlərlə insanın qarşısında peyğəmbər tərəfindən canişinliyə təyin edilib.

Zilhiccənin 24-ü isə Mübahilə günü kimi müsəlman dünyasında qeyd edilir.