DÜNYA » DİN
02 Avqust 2019, 08:59 (GMT +4)

Bu gün müsəlmanların doqquzuncu imamı İmam Cavadın (ə) şəhid edilən günüdür

Bakı, 2 avqust , SalamNews, B.Samid. Ləqəbi Cavad, künyəsi Əbu-Cəfər Sani olan imam Muhəmməd ibn Əli ibn Musa (ə) zil-qədə ayının son günü Abbasi xəlifələrinin sifarişi ilə qətlə yetirilib.

SalamNews  xəbər verir ki, bu gün zil-qədə ayının 30-u müsəlmanların doqquzuncu imamının şəhid edilən gününə təsadüf edir. İmam Cavad hicri-qəməri tarixi ilə 195-220 -ci illərdə  yaşayıb. Hicri 195-ci ilində Mədinədə dünyaya göz açan İmam atası İmam Rzanın (ə) şəhadətindən sonra imamət məqamına çatıb.

İmam Cavadın imamət dövrü 17 il olub və 25 yaşında Abbası xəlifəsi Mötəsimin vaxtında şəhadətə qovuşub. 

İmam Cavad ən gənc yaşında şəhadətə yetişmiş imamdır. Məzarı Bağdad yaxınlığında babası İmam Kazımla (ə) bir məqbərədə yerləşir.

Dövrümüzə gəlib çatan hədislərə əsasən xəlifə Mötəsimin imamı Ummul-Fəzl adlı bir qadının əli ilə zəhərləyib.

Həzrət İmam Cavadın necə şəhid edilməsi haqda tarix kitablarında 3 tarixi hədis yazılıb. Bir hədisdə onun Mötəsimin Əşnas adlı nökər tərəfindən zəhərlənməsi, başqa bir hədisdə Mötəsimin məmurlarından biri tərəfindən zəhərləndirilməsi və üçüncü versiyada isə Mötəsimin fitnəsi ilə İmam Cavadın həyat yoldaşı tərəfindən zəhərləndirilməsi qeyd olunub.

Tədqiqatçı alim Əllamə Seyyid Cəfər Mürtəza Amilinin fikrinə görə hər üç nəql düzgündür. Beləki Mötəsim İmam Cavadı zəhərləmək üçün hər 3 nəfərə göstərişlər verir ki, öz hədəfinə nail olmaq üçün tam əmin ola bilsin.

İmam Cavadın şəhadəti münasibəti ilə Azərbaycan da daxil olmaqla bir çox müsəlman dünyasında məscidlər, hüseyniyyələr və bir sıra dini məkanlarda mərasimlər keçirilir.