RUSİYA » SİYASƏT
01 Avqust 2019, 16:33 (GMT +4)

Baltik dənizində "Okean Qalxanı - 2019" hərbi təlimlərinə start verilib

Bakı, 1 avgust, SalamNews. Baltik dənizində başlayan "Okean Qalxanı - 2019" təlimlərində 70-ə yaxın gəmi, döyüş qayığı, həmçinin Rusiya Hərbi Dəniz Qüvvələrinin və Rusiya Kosmik Qüvvələrinin uçan aparatı iştirak edir.

SalamNews-un RT-yə istinadla verdiyi xəbərə görə, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Qurumun məlumatına görə, təlimlər Hərbi Dəniz Qüvvələrinin baş komandanı, admiral Nikolay Evmenovun rəhbərliyi ilə avqustun 9-dək davam edəcək.

Təlimə 49 gəmi və döyüş qayığı, 20 dəstək gəmisi, 58 uçan aparat, Rusiya Federasiyası Silahlı Qüvvələrinin şəxsi heyətinin 10.634 üzvü cəlb edilib.