RUSİYA » HADİSƏLƏR
31 İyul 2019, 15:41 (GMT +4)

Rusiyada meşə yanğınları 3 milyon hektara yaxın əraziyə yayılıb

Bakı, 31 iyul, SalamNews. Rusiyada aktiv şəkildə söndürülən 147 meşə yanğını var, fövqəladə halların qarşısının alınması və aradan qaldırılması üzrə regional komissiyanın qərarı ilə ucqar ərazilərdə söndürülməyən meşə yanğınlarının sayı isə 300-dən çoxdur. 

SalamNews-un "İnterfaks" a istinadla verdiyi xəbərə görə, yanğınlar ümumilikdə 3 milyon hektar əraziyə yayılıb.

Meşə yanğınlarının söndürülməsinin dayandırılması barədə qərarlar Rusiya Federasiyasının Meşə Məcəlləsinin 81 - 84 maddəsinə uyğun qəbul edilib.