AZƏRBAYCAN » MƏDƏNİYYƏT
26 İyul 2019, 14:00 (GMT +4)

“Salnaməfilm” studiyasında yeni film çəkilir

Bakı, 26 iyul, SalamNews.“Salnaməfilm” studiyasında Azərbaycanın Milli qəhrəmanları silsiləsindən sənədli filmlərin çəkilişləri davam edir.

Mədəniyyət Nazirliyindən SalamNews-a bildirilib ki, “Mirpaşa” adlı növbəti film Azərbaycanın Milli Qəhrəmanı Hidayət Rüstəmov haqqındadır. Filmin çəkilişləri Ağdam, Bərdə və Bakıda aparılıb.

Filmin rejissoru Emin Əfəndiyev, ssenari müəllifi Ramil Ələkbərov, operatoru Rüfət Süleymanov, icraçı prodüseri Kamil Məmmədov, prodüseri Nazim Hüseynovdur.

Film tezliklə tamaşaçılara təqdim olunacaq.