AZƏRBAYCAN » İQTİSADİYYAT
26 İyul 2019, 12:36 (GMT +4)

Əmanətlərin Sığortalanması Fondu “Dəmirbank” ASC-nin kreditorlarına müraciət edib

Bakı, 26 iyul, SalamNews. İstehlaka yararsız 108 min yAzərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) ləğv prosesində olan “Dəmirbank” ASC-nin kreditorlarına müraciət edib.

ADIF-dən SalamNews-a bildirilib ki, “Banklar haqqında” Qanunun 82.1.5-ci maddəsinə əsasən, bankın müflis elan olunmasına dair məhkəmə qərarının qəbul edildiyi tarixdən əvvəlki 6 aydan çox olmayan dövr üçün ödənilməli müavinətlərin, əməkhaqlarının verilməsi haqqında bankın işçilərinin və keçmiş işçilərinin tələbləri üzrə ödəniş iyulun 29-dan başlanacaq.

Tələblərin ödənişi nağdsız qaydada həyata keçiriləcək. Tələblərin ödənişi ilə bağlı Əmanətlərin Sığortalanması Fonduna (Bakı şəhəri, Babək prospekti, 16) müvafiq sənədlərlə (bank rekvizitləri göstərməklə) müraciət etmək lazımdır.umurta məhv edilib