DÜNYA » SİYASƏT
24 İyul 2019, 11:00 (GMT +4)

Tramp senatorlarla Türkiyəyə qarşı mümkün sanksiyaları müzakirə edib

Bakı, 24 iyul, SalamNews. ABŞ Prezidenti Donald Tramp Respublikaçı Senat üzvləri ilə görüşüb.

SalamNews Anadolu-ya istinadən xəbər verir ki, respublika senatorların qatıldığı görüş təxminən 90 dəqiqə davam edib.

Görüş zamanı iclas iştirakçıları Rusiyadan  S-400 zenit sistemlərinin alınmasına görə Türkiyəyə qarşı mümkün sanksiyaları müzakirə ediblər. 

Qeyd edək ki, Rusiyadan alınan S-400 zenit-raket sistemlərinin Türkiyəyə tədarükü iyulun 12-də başlayıb.