DÜNYA » SİYASƏT
20 İyul 2019, 12:53 (GMT +4)

ABŞ Maduro gedənə qədər sakitləşməyəcək - Con Bolton

Bakı, 20 iyul, SalamNews. ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə məsləhətçisi Con Bolton  Venesuela prezidenti Nikolas Maduro istefa etməyənə  qədər ABŞ-ın sakitləşməyəcəyini bildirib. SalamNews xəbər verir ki, o bu barədə  Twitter-dəki səhifəsində yazıb.

ABŞ Maliyyə Nazirliyinin Venesuelaya qarşı yeni sanksiyalar tətbiqini şərh edən Bolton yazıb:  "Rüşvətxorların venesuelalılardan sui-istifadə etməsinə son qoyulana və despotik Maduro hakimiyyətdən gedənə qədər ABŞ sakitləşməyəcək."

Qeyd edək ki, Amerika Birləşmiş Ştatları Venesuelaya qarşı sanksiya siyahısını genişləndirərərk Bolivar Respublikasının daha dörd vətəndaşına qarşı sanksiya tətbiq edib.