DÜNYA » SİYASƏT
20 İyul 2019, 11:12 (GMT +4)

Saakaşvili Ali Rada seçkilərində partiyasının namizədliyini geri çəkib

Bakı, 20 iyul, SalamNews. Odessa bölgəsinin keçmiş qubernatoru Mixail Saakaşvili, partiyası "Yeni Qüvvələr Hərəkatı"nın Ukrayna prezidenti Vladimir Zelenskinin siyasi partiyasının lehinə Ali Rada seçkilərində iştirakdan imtina etdiyini açıqlayıb. SalamNews xəbər verir ki, bu barədə siyasətçi "Facebook" səhifəsində yazıb.

"Hesab edirəm ki, prezident Zelenskiyə keçmiş siyasətçilərə güzəştə getmədən əksəriyyət təşkil etmək şansı vermək lazımdır ... Biz dəstəkçilərimizdən "Xalqın qulu" partiyasını dəstəkləməsini xahiş edirik", Saakaşvilinin Facebook-dakı çağırışında deyilir.