DÜNYA » SİYASƏT
19 İyul 2019, 17:41 (GMT +4)

ABŞ İraqda İŞİD-ə qarşı döyüşən Haşd-Şabinin bir qərargahını vurub

Bakı, 19 iyul, SalamNews, B.Samid. ABŞ koalisiyası İraqda Haşd-Şabinin bir qərargahını pilotsuz təyyarələr və raketlərlə hədəfə alıb. Həlak olanlar var.

SalamNews  bu barədə əl-Məyadin telekanalına istinadla xəbər verir.

Mənbə bildirib ki, Haşd-Şabinin "Kətaib Hizbullah" hərbi briqadasının Səlahəddin əyalətininin Amirli bölgəsində yerləşən əş-Şuhəda qərargahı hədəfə alınıb. Həlak olanlar var.

Birləşmiş Ərəb Əmirliyinin əl-Hədas telekanalı bildirib ki, ABŞ koalisiyası buraya gətirilən İranın ballistik raketlərini hədəfə alıb. Bu mənbə əlavə edib ki, zərbələr zamanı qərargahda İran hərbçiləri də olub.

ABŞ, İraq və İran rəsmi mənbələri hələ bu məlumatlara münasibət bildirməyiblər.

Qeyd edək ki, Haşd-Şabi İraqın Silahlı Qüvvələrinin tərkib hissəsidir.