RUSİYA » HADİSƏLƏR
19 İyul 2019, 16:58 (GMT +4)

Kubanda azərbaycanlılarla çeçenlər arasında kütləvi dava baş verib

Bakı, 19 iyul, SalamNews. Krasnodarda azərbaycanlılarla çeçenlər arasında mübahisə baş verib. SalamNews xəbər verir ki, bu barədə "KP-Şimali Qafqaz" (Stavropol) məlumat yayıb.

Krasnodar vilayətinin Vodniki kəndində Azərbaycan vətəndaşları çeçenlərlə əlbəyaxaya çıxıb. Qarşıdurma anlaşmazlıq səbəbindən baş verib. Gənclər Qafqazlıların onların qızlarına sataşdığına dair səhv məlumat alıb. Daha sonra məlum olub ki, xanımlara Dağıstan əsilli gənclər söz atıb.