AZƏRBAYCAN » MEDİA
19 İyul 2019, 16:18 (GMT +4)

Dövlət Komitəsi SalamNews-un əməkdaşını təltif edib

Bakı, 19 iyul, SalamNews. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi təşkilatçılığı ilə “Qadın və uşaq hüquqları media müstəvisində” mövzusunda konfrans keçirilib.

Milli Mətbuat Günü münasibətilə keçirilən konfransda dövlət orqanlarının, mətbuatın və ictimaiyyətin görkəmli nümayəndələri, jurnalistlər iştirak ediblər.

Azərbaycanda kütləvi informasiya vasitələrində dövlət ailə, qadın və uşaq siyasətinin həyata keçirilməsi istiqamətində çıxışlar dinlənilib, qarşılıqlı fikir mübadiləsi aparılıb.

Konfransın yekununda mediada ailə, qadın və uşaq məsələlərinin peşəkar işıqlandırılmasına görə, eyni zamanda bu sahələrdə aparılan araşdırmalar və təhlillər üzrə 2019-cu ilin monitorinqinin nəticələrinə əsasən jurnalistlərin mükafatlandırılıb.

Mükafatçılar arasında SalamNews İnformasiya Agentliyinin əməkdaşı Orxan Kərimov da olub.