AZƏRBAYCAN » MƏDƏNİYYƏT
17 İyul 2019, 16:29 (GMT +4)

"CinemaPlus"da “Super Yay” aksiyasına start verilib

Bakı, 17 iyul, SalamNews. “CinemaPlus” kinoteatrında Bakı və Gəncə sakinləri üçün “Super Yay” aksiyasına start verilib.

SalamNews xəbər verir ki, Bakı filiallarında hər gün, istənilən zaman “Fəlakət”, “Bombaltı”, “Çat Kapı Aşk”, “Cinnet”, “Öldür Beni Sevgilim” filmlərinin nümayişi cəmi 5 AZN, Gəncə filiallarında isə hər gün, istənilən zaman həmin filmlərin nümayişi cəmi 3 AZN təşkil edir.

“CinemaPlus” kinoteatrı hər zaman xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralar ilə insanları sevindirməyə hazırdır.