QAFQAZ » HADİSƏLƏR
13 İyul 2019, 10:35 (GMT +4)

Putini təhqir edən aparıcının evinin önündə təhqiredici lövhə asılıb

Bakı, 13 iyul, SalamNews. Rusiya prezidenti Vladimir Putini təhqir edən Gürcüstanın “Rustavi-2” telekanalında yayımlanan  “P.S.” müəllif verilişinin aparıcısı Geordi Qabuniyanın Tiflisdə evinin önündə təhqiredici lövhə asılıb.

SalamNews xəbər verir ki, Qabuniya ailəsinin  binasının önündə burada yaşayan insanların Gürcüstan üçün əhəmiyyətli olduğundan bəhs edən çox sayda lövhə var.

Rusiya liderinin ünvanına söyüşlər yağdırdıqdan sonra bu binanın önündə daha bir lövhə asılıb:  "Bu evdə zalım ...... Georgi yuva salıb".