AZƏRBAYCAN » MƏDƏNİYYƏT
09 İyul 2019, 17:18 (GMT +4)

"CinemaPlus"da “Kino Gecəsi” keçirilib

Bakı, 8 iyul, SalamNews. “CinemaPlus Amburan Mall” kinoteatrında üç filmin nümayişi ilə parlaq “Kino Gecəsi” keçirilib.

SalamNews xəbər verir ki, saat 23:00-dan səhər saat 7-dək “Yaraşıqlı, pis, əclaf”, “Anonim qatillər klubu” və “Stokholmda bir gün” filmləri nümayiş etdirilib.

Tamaşaçıların bütün gecəni səhərədək DJ-nin dinamik musiqi sədaları altında əyləndiyi tədbirdə furşet, müxtəlif içkilər təqdim olunub.

Tədbir "Cinema Distribution", “Cinemazadeh” dublyaj studiyası, "ENERJI" club, Red Bull, Şeh Su dəstəyi ilə həyata keçirilib.