AZƏRBAYCAN » CƏMİYYƏT
09 İyul 2019, 09:00 (GMT +4)

DSK-nın əməkdaşları Koreyada təşkil edilən təlimdə iştirak edirlər

Bakı, 9 iyul, SalamNews.30 iyun -13 iyul 2019-cu il tarixlərində Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin nümayəndələri Koreya Respublikasının Dayjon şəhərində “Azərbaycan Respublikasında Statistik Kadr Potensialının Gücləndirilməsi” layihəsi üzrə təlimə qatılıblar.

Koreya Statistika Komitəsi tərəfindən təşkil edilən tədbir müasir statistik təlim proqramlarının və innovativ texnologiyaların tətbiqi sahəsində informasiya texnologiyaları üzrə kadrların peşəkarlıq səviyyəsinin artırılması, kadr potensialının gücləndirilməsinə dəstək verməkə Dövlət Statistika Komitəsinin potensialının möhkəmləndirilməsi məqsədini daşıyır.

SalamNews Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, təlimdə həmçinin rəsmi statistika məlumatlarının istehsalı prosesində informasiya və kommunikasiya texnologiyalarının tətbiqi sahəsində əldə olunmuş bilik və təcrübələrlə bağlı fikir mübadiləsi aparılacaq. Eyni zamanda Dövlət Statistika Komitəsinin nümayəndələri statistik məlumat bazaları və onların idarə olunması, məlumatların yayılması sahəsində əldə edilmiş nailiyyətlər, planlaşdırılan layihələr haqqında təqdimatla çıxış edəcək, təcrübələrini bölüşəcəklər.

Qeyd edək ki, ötən il Dövlət Statistika Komitəsi və Koreya Statistika Komitəsi tərəfindən “Azərbaycan Respublikasında Statistik Potensialın Gücləndirilməsi” layihəsi çərçivəsində hazırlanan “Azərbaycanın Statistik İnformasiya Xidməti – ASİS” statistik məlumatların yayım sistemi istifadəyə verilib.