DÜNYA » SİYASƏT
08 İyul 2019, 10:30 (GMT +4)

WP: FİB qeyri-qanuni yollarla milyonlarla amerikalının məlumatlarını əldə edib

Bakı, 8 iyul, SalamNews. ABŞ immiqrasiya və gömrük polisi ilə  Federal İstintaq Bürosu milyonlarla amerikalı barədə məlumatı onların icazəsi olmadan əldə edib.

Bu barədə "The Washington Post" qəzeti xəbər verir.

Qəzetin məlumatına görə, qurum üztanıma sistemi üçün sürücülərin sənədlərinin məlumat bazasından istifadə edib.

SalamNews xəbər verir ki, FİB razılığı olmadan milyonlarla amerikalıların "üzünü" çıxarıb. 

Bu yolla qurum  bu məlumatlardan ABŞ sakinlərini izləmək üçün istifadə edir.