DÜNYA » SİYASƏT
05 İyul 2019, 14:30 (GMT +4)

Quaydo Maduro ilə dialoqa, Rusiya ilə isə əməkdaşlığa hazır olduğunu elan edib

Bakı, 5 iyul, SalamNews. Venesuela müxalifətinin lideri Xuan Quaydo ölkədəki böhranın həlli yolunu tapmaq üçün prezident Nikolas Maduro ilə dialoqa hazır olduğunu söyləyib. "France 24" kanalına açıqlama verən Quaydo eyni zamanda  Rusiya ilə əməkdaşlıq etməyə də hazır olduğunu qeyd edib.

SalamNews İnterfaks-a istinadən  xəbər verir ki, Quaydo müxalifətin "diktatorla danışıqlar apara biləcəyini" qeyd etsə də, etiraz aksiyalarını davam etdirmək və Karakasa diplomatik təzyiq göstərməyin lehinə olduğunu deyib.

Siyasətçi, Venesuelada yaşanan böhranın həllində Norveçin vasitəçi rolunu qeyd edib.

"Əgər biz danışıqlar platformasını gərginliyi azaltmaq üçün istifadə edə bilsək şübhəsiz ki, bundan istifadə edəcəyik", deyə o bildirib.