AZƏRBAYCAN » İQTİSADİYYAT
28 İyun 2019, 10:33 (GMT +4)

Maliyyə Bazarlarına Nəzarət Palatası: "Forma 4" elektron olaraq təqdim ediləcək

Bakı, 28 iyun, SalamNews, K.Orxan. Azərbaycan sığorta bazarında ən böyük pay avtomobil sahiblərinn mülki məsuliyyətinin icbari sığorta məhsuluna aiddir.

SalamNews xəbər verir ki, bunu Maliyyə Bazarlarına Nəzarət Palatasının sədrinin vəzifələrini icra edən İbrahim Alışov "Azərbaycanda Sığorta Bazarı: trendlər və imkanlar" Beynəlxalq Sığorta Forumunda çıxışı zamanı bildirib. Onun sözlərinə görə, bu təxminən ötən ilə baxdıqda ümumi bağlanmış müqavilələrin 50%-dən artıq hissəsinə şamil edilir.

"2018-ci ilin parel ayından İSB-nin tam avtomatlaşdırılmasına nail ola bilmişik. Avtomobil sığortası üzrə avtomatlaşdırmanın, rəqəmsallaşdırmanın daha təkmil, daha da inkişaf etdirilməsini bizim qarşımızda məqsəd kimi zəruri edirdi. Bu gün İSB Hadislərin İdarəedilməsi və KLİK-in təqdimatını keçirəcəyik. Bu gün ən ağrılı məsələdən biri avtomobil sahiblərinin mülki məsuliyyət sığortası məhsulunda baş verən hadisələrdə müəyyən neqativ hallardır. Bu resursun təqdimatından sonra biz avtomobil sahiblərini sığorta məhsulu ilə bağlı sektoruda düşünürük ki, kifayət qdər dəyişikliyə səbəb olacaq. Digər bizi narahat edən, hadisələrin qeydiyyatının - "Forma 4" adlanan arayışı adlanan DYP-dən alınan bir sənəd idi ki, bu da artıq elektron olaraq təqdim ediləcək. Baş verən hadisələrin tənzimlənməsi tam olaraq elektronlaşdırılıb. Bu, həm şəffaflığı təmin edəcək, həm vətəndaş-məmur ünsiyyətini aradan qaldıracaq. Eyni zamanda, ödənişlərin operativ həyata keçirilməsini təmin edəcək", - deyə İ.Alışov əlavə edib.