AZƏRBAYCAN » MEDİA
19 İyun 2019, 16:12 (GMT +4)

Azərbaycanda yeni biznes portalı fəaliyyətə başlayıb

Bakı, 19 iyun, SalamNews. Azərbaycanda "Capital News" biznes portalı fəaliyyətə başlayıb.

SalamNews xəbər verir ki, portal (www.capitalnews.az) ölkədə o cümlədən dünyada baş verən ən son iqtisadi məlumatları özündə cəm edir.

Portalda enerji sənayesi, biznes, nəqliyyat, sosium, texnologiya haqda məlumatlar yer alır. Portal hazırda rus dilində fəaliyyət göstərir. Gələcəkdə digər dillərdə də fəaliyyət göstərməsi planlaşdırılır.

Gələcəkdə saytın imkanları daha da genişlənməsi nəzərdə tutulub. Portal ölkə daxilində və xaricdə müəssisələrlə ünsiyyət və şəbəkə qurmaq üçün bir platforma olacaq.

Qeyd edək ki, portalın təsisçisi tanınmış jurnalist Ülviyyə İsmayılovadır.