DÜNYA » İDMAN
18 İyun 2019, 13:10 (GMT +4)

UEFA keçmiş prezidenti korrupsiya şübhəsiylə saxlanılıb

Bakı, 18 iyun, SalamNews. Avropa Futbol Federasiyaları Birliyinin (UEFA) keçmiş prezidenti Mişel Platini korrupsiya şübhəsiylə saxlanılıb.

"Mediapart"ın verdiyi məlumata görə, 63 yaşlı Platini Fransanın Nanterre məhkəmə polisinin anti-korrupsiya şöbəsi tərəfindən saxlanılıb.

SalamNews xəbər verir ki, Platini Qətərin 2022 Dünya Kubokuna ev sahibliyi ilə bağlı araşdırma ilə əlaqədar saxlanılıb.

FIFA, Qətərdə 2022 Dünya Kuboku iştirakçılarının sayını artırmağı rədd edib.