DÜNYA » İQTİSADİYYAT
14 İyun 2019, 14:18 (GMT +4)

“Türk Hava Yolları” yeni istiqamətlərdə aviareyslərə başlayır

Bakı, 14 iyun, SalamNews.  “Türk Hava Yolları” (THY) yeni istiqamətlərdə aviareyslərə başlayır.

Aviaşirkətdən SalamNews-a bildirilib ki, bu il İstanbul Hava limanından Marrakeş, Şarja, Port-Sudan, Luksor şəhərləri istiqamətində aviareyslərə start verilib. Növbəti istiqamət isə Bali, Mexiko, Kankun və Rovaniemi şəhərləridir. Belə ki, iyul ayının 17-dən etibarən THY İstanbul ilə İndozeniya adası Balini birləşdirəcək. Uçuşlar həftədə 3 dəfə olmaqla həyata keçiriləcək. Avqust ayının 8-dən etibarən isə avaireys gündəlik reallaşdırılacaq.

Həmçinin yay aylarında aviaşirkətin uçuş şəbəkəsinə Mexiko və Kankun şəhərləri də qatılacaq. İstanbul-Mexiko-Kankun aviareysi həftədə 3 dəfə olmaqla reallaşdırılacaq. Sərnişinlər yeni istiqamətdə “Boeing B787-9” təyyarəsi ilə uçacaqlar.